ÇL: "Fənərbağça" Polşa sınağında

ÇL: "Fənərbağça" Polşa sınağında

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, bu gün 3-cü mərhələyə adlayacaq daha 8 komandanın adına aydınlıq gələcək.

2-ci təsnifat mərhələsinin ilk oyununda Polşa "Qurnik"ini Türkiyədə minimal hesabla üstələyən "Fənərbağça" bu üstünlüyünü cavab görüşündə də qorumağa çalışacaq. 

"Sabah"ın növbəti mərhələdəki potensial rəqibləri "Lex" və "Orhus" da Polşada görüşəcəklər. 

ÇL-in 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də baş tutacaq. "Sabah" ilk oyununu səfərdə keçirəcək. 

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, cavab görüşləri 29 iyul 

19:00. Kayrat (Qazaxıstan) – Omoniya (Kipr) (ilk oyun - 0:1) 20:00. Kauno Jalqiris (Litva) – Klaksvik (Farer adaları) (ilk oyun - 0:0) 21:00. Lex (Polşa) – Orhus (Danimarka) (ilk oyun - 4:1) 21:30. Universitatya Krayova (Rumıniya) – Levski (Bolqarıstan) (ilk oyun - 0:1) 21:30. Hapoel B-Ş (İsrail) – Vikinqur (İslandiya) (ilk oyun - 1:2) 22:00. Qurnik (Polşa) – Fənərbağça (Türkiyə) (ilk oyun - 0:1) 22:00. Srvena Zvezda (Serbiya) - Larn (Şimali İrlandiya) (ilk oyun - 4:0) 22:15. Slovan (Slovakiya) – İberiya (Gürcüstan) (ilk oyun - 2:0)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər