ÇL: 3-cü mərhələyə adlayacaq ilk 6 komanda müəyyənləşir

ÇL: 3-cü mərhələyə adlayacaq ilk 6 komanda müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri başlayır.

Fanat.Az xəbər verir ki, üçüncü mərhələyə adlayacaq ilk komanda məhz Azərbaycan çempionu "Sabah"ın oyununda müəyyənləşəcək. 

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ötən həftə Bakıda 1:0 yendiyi Finlandiya təmsilçisi "KuPS" ilə rəqib meydanında qarşılaşacaq. 

Ümumiyyətlə, bu gün keçiriləcək 6 oyunun hamısında qonaq komandalardan heç biri ilk matçda uduzmayıblar. 

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin son 8 oyunu sabah baş tutacaq.

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunları 28 iyul 

19:00. KuPS (Finlandiya) – Sabah (Azərbaycan) (ilk oyun - 0:1)

20:00. Linkoln (Cəbəllütariq) – Myelbyü (İsveç) (ilk oyun - 0:3)

22:00. Dinamo Zaqreb (Xorvatiya) – Tun (İsveçrə) (ilk oyun - 1:1)

22:15. Selye - Eqnatiya (Albaniya) (ilk oyun - 3:3)

22:45. Harts (Şotlandiya) – Şturm (Avstriya) (ilk oyun - 0:4)

23:00. Şamrok Rovers (İrlandiya) – Ararat-Ermənistan (Ermənistan) (ilk oyun - 0:2)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər