"Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
Fanat.Az-ın məlumatına görə, son illərdə mövsümə Çempionlar Liqasında start verən Ağdam klubu bu dəfə Konfrans Liqasında mübarizəyə başlayıb.
Qurban Qurbanovun yetirmələri mövsümün ilk matçını evdə keçirib. Ağdamlılar II təsnifat mərhələsində "Aşdod”la üz-üzə gəlib.
İsrail klubu ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda reallaşıb. Oyun ağdamlıların üstünlüyü şəraitində keçsə də, yəhudilərin qapısına yol tapmaq mümkün olmayıb. Sona yaxın cərimə meydançasına soxulmağa çalışan rəqibi kobudluqla dayandıran Maksim Medvedev qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Beləliklə, "köhlən atlar" Konfrans Liqasındakı ilk matçını qolsuz bərabərliklə başa vurub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftədən sonra İsraildə təşkil olunacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
22 iyul
20.00 Qarabağ (Azərbaycan) - Aşdod (İsrail) 0:0
Qırmızı vərəqə: Maksim Medvedev, 83
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad Çvetkoviç, 6. Feras Abu Akal, 11. Lior Einbrom, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 71. David Roi Nyenque, 77. Yakov Brihon, 99. Oz Bilevi.
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 10. Mussa Baqayoko, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 26. Abdul Muqesse Zakariya, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.
Baş məşqçi: Ran Ben Şimon.