Komandası inamlı qələbə qazandı, Toral isə...

Komandası inamlı qələbə qazandı, Toral isə...

Türkiyə 1-ci Liqasında 1-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor" səfərdə "Bodrum"un qonağı olub.

Qarşılaşma qonaqların 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. "Bursaspor"a üç xal qazandıran qolları 27-ci dəqiqədə K. İhenaço və 45-ci dəqiqədə Linkoln vurub.

Azərbaycanlı müdafiəçi Toral Bayramov oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, ikinci hissənin startında Hüseyn Maldarın əvəzinə meydana daxil olub və matçın sonunadək mübarizə aparıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər