Komandası çətin qələbəyə sevindi, Toral isə...

Komandası çətin qələbəyə sevindi, Toral isə...

Türkiyə 1-ci Liqasının 6-cı turunda “Bursaspor” səfərdə “Manisa”nın qonağı olub.

Fanat.Az xəbər verir ki, Bursa təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək 3 xal qazanıb. Hər iki qolu K.İheanaço vurub.

Azərbaycan millisinin futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

25 yaşlı müdafiəçi ikinci hissənin əvvəlində meydana daxil olub. Bayramov 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bursalılar 6 turdan sonra turnir cədvəlində 15 xalla 2-ci pillədə qərarlaşıblar. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər