Klyuyvertin yeni iş yeri bilindi - RƏSMİ

Klyuyvertin yeni iş yeri bilindi - RƏSMİ

Əfsanəvi niderlandlı futbolçu Patrik Klyuyvert İndoneziya millisinin baş məşqçisi təyin olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə İndoneziya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, niderlandlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Sonradan anlaşmanın 2027-ci ilə qədər uzadılma imkanı var. 

Klyuyvertə Aleks Pastor və Denni Landzaat köməkçi məşqçi təyin olunub. Bundan əlavə, iki yerli indoneziyalı mütəxəssis də məşqçi korpusunda yer alacaq. 

48 yaşlı Patrik Klyuyvertin əvvəlki iş yeri Türkiyənin "Adana Dəmirspor" klubu olub. 

Bundan əvvəl İndoneziya yığmasına cənubi koreyalı mütəxəssis Şin Tae Yonq rəhbərlik edirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər