Klyuyvert milli komanda çalışdıracaq

Klyuyvert milli komanda çalışdıracaq

"Ayaks", "Milan" və "Barselona" klublarının sabiq ulduzu Patrik Klyuyvertin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis İndoneziya millisini çalışdıracaq. 

İnformasiyanı tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabı üzərindən yayıb. Mənbənin məlumatına  görə, müqavilə sonradan uzadılma variantı ilə iki il müddətinə qüvvədə olacaq. Yeni baş məşqçinin təqdimatı yanvarın 12-də baş tutacaq. Klyuyvertin qarşısına dünya çempionatına çıxmaq vəzifəsi qoyulub. 

İndoneziya DÇ üçün Asiya seçmə mərhələsinin üçüncü mərhələsində iştirak edir. Sözügedən yığma 6 turdan sonra üçüncü yerdədir və ikinci pillədə qərarlaşan Avstraliyadan cəmi bir xal geri qalır. 

İndoneziya martın 20-də səfərdə məhz Avstraliya ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər