Klubların Avropa reytinqi: “Qarabağ” ilk “50-lik”də

Klubların Avropa reytinqi: “Qarabağ” ilk “50-lik”də

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların Avropa reytinqini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" ilk “50-lik”də yer alıb. Hesabında 139 xal olan Ağdam təmsilçisi 49-cü pillədə qərarlaşıb. 

Ümumilikdə 265 klubun olduğu siyahıda Azərbaycanın digər təmsilçiləri “Neftçi” 66,5 xalla 146-cı, “Zirə” 50,25 xalla 253-cü pillə yerdədir. 

Qeyd edək ki, cədvəldə ilk üçlüyü İngiltərə klubları zəbt edib. 273 xalla “Liverpul” liderdir. 250 xalı olan “Çelsi” ikinci, “Mançester Siti” isə 248 xalla üçüncüdür. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər