KL: "Başakşəhər" Bundesliqa klubunu üstələdi

KL: "Başakşəhər" Bundesliqa klubunu üstələdi

UEFA Konfrans Liqasında Liqa mərhələsinin 5-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun bütün görüşləri bir günə sığıb. 

İngiltərənin “Çelsi” klubu Qazaxıstanda “Astana” üzərində inamlı qələbə qazanıb. 

Türkiyə təmsilçisi “Başakşəhər” isə İstanbulda Almaniyanın “Haydenhaym” komandasını məğlub edib.

Qeyd edək ki, Liqa mərhələsində 6-cı tura dekabrın 20-də start veriləcək.

UEFA Konfrans Liqası Liqa mərhələsi, 5-ci tur 12 dekabr

Vikinqur (İslandiya) - Yurqorden (İsveç) 1:2 Qollar: Siqurpalsson, 72 – Kosuqi, 62. Vikheym, 65.

Astana (Qazaxıstan) - Çelsi (İngiltərə) 1:3 Qollar: Tomasov, 45 – Qiu, 14; 18. Veyqa, 39.

Kopenhagen (Danimarka) - Harts (Şotlandiya) 2:0 Qollar:  Şeyxa, 48. Diks, 78-pen.

Fiorentina (İtaliya) - LASK (Avstriya) 7:0 Qollar: Sottil, 10; 58. İkone, 22. Riçardson, 39. Mandraqora, 69. Stoykoviç, 82-öz qapısına. Qudmundsson, 85-pen.

Başakşəhər (Türkiyə) - Haydenhaym (Almaniya) 3:1 Qollar: Türüç, 6. Krespo, 18. Pyontek, 68 – Honsak, 61.

Legiya (Polşa) - Luqano (İsveçrə) 1:2 Qollar: Morişita, 11 – Bottani, 40. Haydari, 74.

HJK (Finlandiya) - Mölde (Norveç) 2:2 Qollar: Ervin, 32. Meriluto, 90+2 – İhler, 14; 27.

Olimpiya (Sloveniya) - Serkl Brügge (Belçika) 1:4 Qollar: Blanko, 5 – Olaiqbe, 2; 81. F.Auqusto, 24. Denki, 72.

Petrokub (Moldova) - Betis (İspaniya) 0:1 Qollar: Bakambu, 54.

Dinamo (Belarus) - Larne (Şimali İrlandiya) 2:0 Qollar: Qavriloviç, 67-pen. Jerdev, 73.

Noa (Ermənistan) - APOEL (Kipr) 1:3 Qollar:  Ayas, 45+4 – Çebake, 23. Kostadinov, 89. Abaqna, 90+3.

Gent (Belçika) - TSK (Serbiya) 3:0 Qollar: Din, 8-pen. Qandelman, 13. Surdez, 20.

Omoniya (Kipr) - Rapid (Avstriya) 3:1 Qollar: Kakulis, 52. Semedo, 66. Alium, 90+6 – Belyo, 62.

Şemrok Rovers (İrlandiya) - Borats (Bosniya və Herseqovina) 3:0 Qollar: Kenni, 12; 64. Farrucia, 56.

TNS (Uels) - Panatinaikos (Yunanıstan) 0:2 Qollar: Dyuriçiç, 15. İoannidis, 62-pen.

Mlada Boleslav (Çexiya) - Yagelloniya (Polşa) 1:0 Qol: Vidra, 76.

Sankt Qallen (İsveçrə) - Vitoriya” (Portuqaliya) 1:4 Qollar: Çobot, 66 – Mendes, 33. Qustavo, 58. A.Kosta, 84. Samu, 90+4.

Pafos (Kipr) - Sele (Sloveniya) 2:0 Qollar: Draqomir, 48. Korreya, 63.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər