Kim Çen Inla görüşən əfsanə: "Şimali Koreyaya aşıq oldum"

Kim Çen Inla görüşən əfsanə: "Şimali Koreyaya aşıq oldum"

Şöhrət Zalının üzvü olan əfsanəvi basketbolçu Dennis Rodman Şimali Koreyaya səfərindən danışıb.

Fanat.Az xəbər verir ki, 60 yaşlı veteran idmançı bu barədə tanınmış "GQ" jurnalına müsahibəsi zamanı söhbət açıb.

“Şimali Koreyanın ən yaxşı otelində mənə prezident otağı verdilər. Qulluqçular və aşpazlar da ixtiyarımda idi. Ünvanıma komplimentlər yağdırırdılar. İnanılmaz idi. Onların ölkəsinə aşiq oldum". 

Beşqat NBA çempionu ölkənin prezidenti Kim Çen Inla da yaxşı münasibəti olduğunu bildirib. 

Xatırladaq ki, Rodman özünü WCW döyüşçüsü olaraq da sınayıb. O, 40-a yaxın Hollivud filmində çəkilib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər