Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL - “Kəpəz” (1:1) oyunundan sonra Gəncə klubunun üzvləri istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, yığmaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından komandaya 3 günlük istirahət verilib.
“Sarı göylər” məşqləri noyabrın 11-də bərpa edəcək. Fasilə müddətində “Kəpəz” yoxlama oyunu da keçirəcək. Gəncəlilər AZAL-la qarşılaşacaq. Razılaşmaya əsasən, yoxlama matçı noyabrın 14-də “AZAL Arena”da baş tutacaq və saat 15.00-da başlayacaq.
Fanat.az