“Kəpəz”in əsas komandasının qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, 2 günə 4 yoxlama matçına çıxacaq komanda Premyer Liqa və I divizion klubları ilə qarşılaşacaq.
Belə ki, “sarı-göylər” yanvarın 17-də, saat 11.00-da MOİK, 15.00-da AZAL-la görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi günün ilk yarısında (saat 11.00-da) “Qaradağ Lökbatan” ilə, ikinci yarısında isə (saat 15.00-da) “Zirə” ilə oynayacaq.
“Zirə”yə qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da reallaşacaq.
Gəncə klubu iki fərqli heyətlə yoxlama matçlarına çıxacaq.
Fanat.Az