"Kəpəz"in məşqçisi "Qarabağ"a məğlubiyyəti şərh etdi

"Kəpəz"in məşqçisi "Qarabağ"a məğlubiyyəti şərh etdi

"Kəpəz"in məşqçisi Xaliq Mırdanov Premyer Liqanın V turunda "Qarabağ"a məğlubiyyəti (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, Qəbələdə keçirdikləri ev oyunundakı yenilgidən sonra "CBC Sport"a açıqlamasında bunları deyib:

"Qarabağ"la oynamaq çətindir. Tapşırıq müdafiədən oynamaq və cinahlardan əks-hücumlar qurmaq idi. Müdafiə davranışı 60-70 faiz düzgün oldu. Ancaq təəssüf ki, hücumda aktivlik yarada bilmədik. "Qarabağ"la oynamaq çətindir. Bütün futbolçularımıza alqış düşür. Hamısına minnətdaram".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər