“Kəpəz”in ilk rəqibi müəyyənləşdi

“Kəpəz”in ilk rəqibi müəyyənləşdi
“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Komanda iyunun 11-dən Ərzurumda hazırlaşır. Fanat.az xəbər verir ki, toplanış müddətində “sarı-göylər” yoxlama oyunları da keçirəcək. 
Gəncə klubunun rəqiblərindən birinin adı artıq bəlli olub. “Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub.
Yoxlama matçı iyunun 18-də Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər