“Kəpəz”in hazırlıq planı açıqlandı

“Kəpəz”in hazırlıq planı açıqlandı

“İnter”lə Gəncədə keçirilən oyundan sonra “Kəpəz”in üzvləri iki günlük istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, futbolçulara kubok oyunu öncəsi dincəlmək imkanı yaradan məşqçilər korpusu komandanı bu gün toplayıb.

“Sarı-göylər”in məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Dekabrın 1-də isə “Kəpəz” Lənkərana yollanacaq. Nizami yurdunun təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Qala” otelində məşkunlaşacaq komanda oyunun reallaşacağı arenada həmin gün matç öncəsi son məşqini də keçirəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Kəpəz” oyunu dekabrın 2-də keçiriləcək və saat 17.00-da başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər