Kəpəz”in “7”ləri

Kəpəz”in “7”ləri

Topaz Premyer Liqasının XXI turu “Kəpəz”in məğlubiyyətsiz oyunlar seriyasının qırılması ilə nəticələnib. Fanat.az xəbər verir ki, öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə yenilən Gəncə təmsilçisi bunadək 7 tur meydanı xalsız tərk etməmişdi. 

Ötən il noyabrın 21-də səfərdə Ağdam klubuna 0:3 hesabı ilə uduzan Şahin Diniyevin yetirmələri 85 gündən sonra xalsız qalıb. “Qarabağ”a uduzduqları iki oyun arasındakı dövrdə qərblilər 4 qələbə qazanıb, 3 heç-heçə edib.

“Kəpəz”in evdəki məğlubiyyətsizlik seriyası da 7-də dayanıb. Cari mövsüm ilk ev yenilgisini “Qarabağ”dan alan qərblilər ikinci məğlubiyyətinə də eyni komanda ilə matçda üzülüb. Sentyabrın 20-də 2:3 hesabı ilə uduzan gəncəlilər 147 gündə evdə keçirdiyi matçlarda 4 qələbə əldə edib. (pfl.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər