“Kəpəz”də iki itki

“Kəpəz”də iki itki
Topaz Premyer Liqasının XXXVI turu çərçivəsində Gəncə şəhər stadionunda “Qəbələ” ilə qarşılaşacaq “Kəpəz” oyuna itkilərlə çıxa bilər. Fanat.az xəbər verir ki, mövsümün son oyununda zədəli olan Namiq Ələsgərov ilə Julien Ebahın iştirakı sual altındadı.
“Zirə” ilə matçda oyunu davam etdirə bilməyərək əvəzlənən hər iki futbolçunun zədəsi sağalmayıb. Əzələsi dartılan oyunçular həkim nəzarəti altında müalicə olunur. Onların qarşıdakı turda oynayıb-oynamayacağına son tibbi müayinədən sonra həkimlərin raportu əsasında qərar veriləcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər