"Kəpəz" yubiley oyununda üzüldü

"Kəpəz" yubiley oyununda üzüldü

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib. 

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib. 

Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub.

1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub.

Qeyd edək ki, yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər