"Kəpəz" Şamaxıya bu futbolçular olmadan yollanacaq

"Kəpəz" Şamaxıya bu futbolçular olmadan yollanacaq
Misli Premyer Liqasının 7-ci turunda "Araz-Naxçıvan"la qarşılaşacaq "Kəpəz" oyuna iki itki ilə çıxacaq.
Bu barədə Fanat.Az-a Gəncə klubunun sözçüsü Aqşin Əliyev məlumat verib.
Qərb təmsilçisi səfər matçına Dioqo Verdaska və Əli Səmədovsuz yollanacaq. Müdafiəçilər zədəli olduqları üçün baş məşqçi Azər Məmmədov onların xidmətindən yararlana bilməyəcək.
Heyətdə cəzalı futbolçu isə yoxdur.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu sabah Şamaxıda baş tutacaq. Matçın start fiti saat 16:00-da səsləndiriləcək.
Altı turdan sonra "Kəpəz" 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində cəmi 2 xal olan "Araz-Naxçıvan" isə sonuncudur.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər