"Kəpəz" "Şamaxı"nın müdafiəçisini istəyir 

"Kəpəz" "Şamaxı"nın müdafiəçisini istəyir 

Növbəti mövsümdən elitada çıxış edəcək "Kəpəz" yeni sponsor axtarışı ilə yanaşı, transfer işlərində də gecikməməyə çalışır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, gəncəlilər "Şamaxı"nın müdafiəçisi Tərlan Quliyevi heyətə qatmağı planlaşdırır.

Tərəflərin bu ay danışıqlara başlayacağı gözlənilir.

"Kəpəz" "Şamaxı"nın müdafiəçisini istəyir 

Tərlan "Qarabağ"da olarkən icarə əsasında "Kəpəz"in formasını geyinib. Arxa xətt oyunçusu 2015-2016 aralığında bu komandanın formasıyla 35 matça çıxaraq 1 qol vurub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər