"Kəpəz" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

"Kəpəz" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

“Kəpəz” Misli Premyer Liqasının 5-ci turu çərçivəsində bu gün qarşılaşacağı “Qarabağ"la oyuna itkilərlə çıxacaq. 

Fanat.Az xəbər verir ki, ötən tur "Səbail" ilə qarşılaşmada qırmızı vərəqə alan Tural Axundov və Rauf Əliyev cəzalı duruma düşüb.   Zədəlilərdən Peyman Keşavarzinin durumu yaxşıdır. Onun oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər verəcək. Zədədən yeni dönən Yeqor Xvalko isə həftəboyu fərdi hazırlıq keçib.

Qeyd edək ki, Qəbələdə baş tutacaq "Kəpəz" - "Qarabağ" oyunu saat 19:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər