Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, “sarı-göylər” çempionatın startı öncəsi “Şərurspor” ilə qarşılaşacaq.
I divizion təmsilçisi ilə oyun avqustun 1-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Matç saat 17.00-da başlayacaq.
Fanat.az