“Kəpəz” - “Daçiya” matçının vaxtı dəyişdi

“Kəpəz” - “Daçiya” matçının vaxtı dəyişdi

“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə keçirəcəyi ilk oyunun vaxtı dəqiqləşib. Fanat.az xəbər verir ki, görüşün başlama saatında dəyişiklik edilib.

 

İyunun 28-də “Dalğa Arena”da baş tutacaq görüşün əvvəlcə saat 18.00-da startı gözlənilirdi. Lakin Gəncə klubunun təklifindən sonra UEFA oyunun saat 20.00-da başlamasını qərara alıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 7-də Moldovada keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər