“Kəpəz” başladı

“Kəpəz” başladı
Topaz Premyer Liqasının qış fasiləsində istirahəti başa vuran “Kəpəz” məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, dünən Yevlaxda bir araya gələn komanda üzvləri bu gündən hazırlığa başlayıb. Futbolçular səhər və axşam olmaqla gündə iki məşqə çıxır.
“Sarı-göylər” yanvarın 18-nə kimi bu rayonda qalacaq. Yevlax toplanışında məşqçilər korpusu futbolçuların fiziki hazırlığına diqqət ayıracaq.
Qeyd edək ki, əsas komanda ilə yanaşı, “Kəpəz”in əvəzedici heyəti də Yevlaxda təlim-məşq toplanışındadır. Hər iki komanda birlikdə hazırlıq keçir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər