"Kəpəz" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liq klubunun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi keniyalı Conston Omurvanı heyətinə cəlb edib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Onun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub.
Keniya millisinə dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.