Kapitan klubunu dəyişdi

Kapitan klubunu dəyişdi

Azərbaycanın 2-ci Liqa təmsilçisi "Qaradağ Lökbatan"da ayrılıq yaşanıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, kapitan Fərid Abbaslı komandanı tərk edib.

Mərkəz müdafiəçisinin yeni klubu da bəllidir. 29 yaşlı futbolçu karyerasını 2-ci Liqanın digər təmsilçisi "Şirvan"da davam etdirəcək. Onunla 1 mövsümlük müqavilə imzalanıb.

Abbaslı Premyer Liqada "Neftçi", "İnter" və AZAL-da çıxış edib. O, həmçinin aşağı yaş qruplarından ibarət (U-15,U-17,U-19,U-21) milli komandaların şərəfini qoruyub.

"Şirvan" mövsümə doğma meydanda "Kür-Araz"a qarşı oyunla start verəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər