Kamilo Duran "Seltik"də yenə fərqləndi

Kamilo Duran "Seltik"də yenə fərqləndi

“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci matçına çıxıb.

Fanat.Az xəbər verir ki, "Seltik" 2-ci turda səfərdə “Kilmarnok”la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.

Kolumbiyalı vinger görüşə əsas heyətdə başlayıb. O, 64-cü dəqiqədə Sebastian Tunektinlə əvəzlənib. Görüş boyunca fəal iştirakı ilə diqqəti üzərinə çəkib. O, het-trik edən Kasper Höqün vurduğu 3-cü qolda məhsuldar ötürmə edib.

Bu qələbədən sonra “Seltik”in 6 xalı var və turnir cədvəlinə liderlik edir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər