Kamilo Duran Çempionlar Liqasında şou göstərdi

Kamilo Duran Çempionlar Liqasında şou göstərdi

Yay transfer pəncərəsində "Qarabağ"la yollarını ayıraraq Şotlandiya giqantı "Seltik"ə keçən Kamilo Duran Avropa səhnəsində fırtına kimi əsməyə davam edir. Kolumbiyalı hücumçu yeni klubunun heyətində Çempionlar Liqasının pley-off mərhələsində şou göstərib.

Fanat.Az xəbər verir ki, "Seltik" öz meydanında Avstriyanın LASK klubunu qəbul etdiyi matçda 3:0 hesablı darmadağınla qalib gəlib. Şotlandiya təmsilçisinin bu qələbəsində əsas pay sahibi məhz "Qarabağ"ın sabiq ulduzu olub.

Görüşün 38 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapan Duran dubl edərək matçın qəhrəmanına çevrilib.

Komandanın digər qoluna isə 26-cı dəqiqədə B. Nüqren imza atıb. Duran bu performansı ilə həm yeni azarkeşlərinin rəğbətini qazanıb, həm də "Seltik"i Çempionlar Liqasının əsas mərhələsinə bir addım da yaxınlaşdırıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər