Kamil karyerasını "Yuventus"da davam etdirəcək

Kamil karyerasını "Yuventus"da davam etdirəcək

İtaliyanın "Yuventus" klubu Almaniyanın "Volfsburq" komandasından polşalı qapıçı Kamil Qrabaranı heyətinə cəlb edib.

Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər arasında razılıq tam əldə olunub.

25 yaşlı qolkiper Turin təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilədə mövsümün sonunda futbolçunu satınalma opsiyası da yer alıb.

"Yuventus" bu transferlə qapı xəttindəki rəqabəti daha da artırmağı hədəfləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər