İtalyano: "Daha çox xal toplamalıyıq"

İtalyano: "Daha çox xal toplamalıyıq"

“Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtalyano Avropa Liqasının ilk turunda “Olimpik Marsel” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra komandasının çıxışını dəyərləndirib.

“Avropa Liqasına çox yaxşı başladıq. Azarkeşlərimizin qarşısında qalib gəlməyi çox istəyirdik. Futbolçularımız əla iş gördülər. Yalnız ilk hissənin son 10 dəqiqəsi istisna təşkil edir. İzləyicilərə bu gözəl şounu göstərdiyimiz üçün çox xoşbəxtəm”, – deyə İtalyano bildirib.

Təcrübəli mütəxəssis daha çox xal toplamalı olduqlarını da söyləyib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər