İtaliyalı ulduz "Qarabağ"dan təklif aldığını açıqladı

İtaliyalı ulduz "Qarabağ"dan təklif aldığını açıqladı
İtaliyanın "Montsa” klubunun futbolçusu Marko Fossati 2019-cu ilin yayında "Qarabağ”dan təklif alıb.
 
Fanat.Az "monza-news.it” saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən yay "Montsa”nın planlarında yer almadığını deyib. Buna baxmayaraq, o, İtaliyada qalmaq üçün "Qarabağ”ın təklifini geri çevirib:
 
"Avqustun sonunda mənə artıq planlarının bir parçası olmadığımı dedilər. Son anda "Qarabağ”ın təklifinə "yox” dedim. İtaliyada qalmaq istəmişdim”.
 
2010-2015-ci illər aralığında "Milan”a məxsus olan Fossati, "Kalyari”, "Bari”, "Verona” kimi klublarda da çıxış edib. Yarımmüdafiəçi 2019-cu ilin yanvarından "Montsa"da top qovur. O, İtaliyanın ən perspektivli gənclərindən sayılsa da, potensialını tam aça bilməyib. Marko vətənində indi də futbolçu karyerası gözlənilən kimi alınmayan ulduz sayılır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər