Albaniya "Partizani”sinin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının 2019/20 illər mövsümünün I təsnifat mərhələsində "Qarabağ”la matçı xatırladıb.
Fanat.az xəbər verir ki, 52 yaşlı mütəxəssis "Tuttomercato” nəşrinə müsahibəsində ölkəmiz və Ağdam təmsilçisi haqda danışıb:
"Qarabağ" güclü komandadı. Onlar çox vaxt turnirin pley-off mərhələsinə vəsiqə qazanırlar. 25 milyon avro büdcələri var. Bakı çox zəngin şəhərdi. Həmin oyunlarda "döyüş gəmisi"nə qarşı oynadıq. İlk oyunda heç-heçə etdik. İkinci matçda isə sona 5 dəqiqə qalmışa qədər bərabərlik üçün mübarizə apardıq".
Qeyd edək ki, "Qarabağ" Albaniyadakı matçda "Partizani" ilə qolsuz heç-heçə edib və Bakıdakı cavab matçında rəqibini 2:0 hesabı ilə üstələyib. Komandanın qollarını 51-ci dəqiqədə Filip Ozobiç, 90+4-cü dəqiqədə isə Dani Kintana vurub.