İtaliya A Seriyasında mövsüm ləğv olundu

İtaliya A Seriyasında mövsüm ləğv olundu
Kişi basketbolçuların İtaliya A Seriyasında 2019-20 mövsümü koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl bitib.
Fanat.Az İtaliya Basketbol Federasiyasının saytına istinadən xəbər verir ki, bu qərar İtaliya hökumətinin hələ də ölkədə idman müsabiqələrinin bərpası ilə bağlı hər hansısa bir tarix müəyyənləşdirməməsi ilə əlaqələndirilib. Klubların əksəriyyəti legionerlərin ölkələrinə qayıtmasına icazə veriblər.
Mövsümün yekunlarına dair açıqlama verilməyib. Daha əvvəl bu mövsüm İtaliya A Seriyasında çempionun müəyyənləşməyəcəyinə dair xəbərlər yayılmışdı.
Qeyd edək ki, basketbol üzrə İtaliya B Seriyasında da mövsüm ləğv olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər