İstanbul nəhəngi Salahla danışıqları dayandırdı - Nə baş verir?

İstanbul nəhəngi Salahla danışıqları dayandırdı - Nə baş verir?

"Beşiktaş"ın futbol direktoru Öndər Özən Məhəmməd Salahın transferi ilə bağlı danışıqların dayandırıldığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "beIN SPORTS"  məlumat yayıb.

"Salah dünya ulduzudur. Danışıqların əvvəlində mən və Vinçentso İtalyano onunla üç dəfə görüşdük. Amma iyulun 21-dən etibarən müsbət dinamika zəiflədi", - deyə Özən bildirib.

O, klub rəhbərliyinin transfer üzərində işi müvəqqəti dayandırmaq qərarı verdiyini vurğulayıb: "Prezidentimiz dayanmalı olduğumuz məqamı düzgün müəyyənləşdirdi. Populist deyil, realist qərar verdi və hazırda danışıqlardan geri çəkildik. Məhəmməd Salah məsələsi bizim üçün hələlik təxirə salınıb".

Qeyd edək ki, misirli ulduz bu mövsüm "Liverpul"da ümumilikdə 41 matçda12 qol vurub və 10 məhsuldar ötürməyə imza atıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər