İstanbul nəhəngi İngiltərədən vinger gətirir

İstanbul nəhəngi İngiltərədən vinger gətirir

“Qalatasaray” “Kristal Pelas”ın vingeri İsmaila Sarr üçün rəsmi transfer təklifi göndərib.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.

Seneqallı futbolçu İstanbul klubu ilə danışıqlara maraqlıdır. Lakin “Kristal Pelas”ın mövqeyi səbəbindən transferin baş tutması çətin görünür. İngiltərə təmsilçisi 28 yaşlı futbolçunu heyətin əsas oyunçularından biri kimi görür.

Qeyd edək ki, Sarr ötən mövsüm 45 matça çıxaraq, 21 qol vurub və 1 məhsuldar ötürməyə imza atıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər