İslamiada: Azərbaycan basketbolçuları İordaniya və Özbəkistana qarşı

İslamiada: Azərbaycan basketbolçuları İordaniya və Özbəkistana qarşı

Basketbolun 3x3 növü üzrə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün növbəti oyunlarını keçirəcəklər.

Fanat.Az xəbər verir ki, Zaur Paşayev, Amil Həmzəyev, Endar Poladxanlı və Orxan Aydından ibarət kişi yığması 1/4 finalda İordaniya basketbolçuları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Cütün qalibi yarımfinalda İran - Türkmənistan matçının güclüsü ilə oynayacaq.

Qadın seçməsi isə yarımfinal görüşünə çıxacaq. Tatyana Deniskina, Dina Ulyanova, Renara Tiffani Hayes və Aleksandra Mollenhauerdən ibarət yığma finala vəsiqə uğrunda Özbəkistan komandası ilə qarşılaşacaq. Matç saat 18:45-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər