İsayevin "Qarabağ"a keçidi niyə baş tutmadı? - 100 min dollar...

İsayevin "Qarabağ"a keçidi niyə baş tutmadı? - 100 min dollar...
Bir müddət əvvəl milli komandamızın üzvü Alekseyin İsayevin "Qarabağ"la anlaşdığını yazmışdıq. Lakin 24 yaşlı futbolçu bu gün gözlənilmədən "Sabah"la müqavilə imzaladı.
Bəs Alekseyin İsayevin "Qarabağ"a transferi niyə baş tutmayıb?
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb maliyyə məsələləri olub. Belə ki, tərəflər arasında bir neçə ay əvvəl şifahi razılıq əldə olunsa da, maddi şərtlər mövsüm bitəndən sonra müzakirə edilib. 
"Qarabağ"dan sərfəli müqavilə gözləyən İsayev təklif olunan məbləğ qarşısında təəccüblənib. Belə ki, Ağdam klubu millinin üzvünə bir mövsüm üçün 100 min dollar təklif edib. "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi isə bununla razılaşmayıb və "Qarabağ"a keçidi baş tutmayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər