“İrəvan”dan darmadağın, “Şamaxı”dan heç-heçə

“İrəvan”dan darmadağın, “Şamaxı”dan heç-heçə

I Liqada 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

MOİK – “Şamaxı” və “Mingəçevir” – “İmişli” matçlarında qalib müəyyənləşməyib. “İrəvan” isə mövsümə ardıcıl üç məğlubiyyətlə başlamış “Araz Saatlı”nı 7 cavbasız qolla məğlub edib.

I Liqa 4-cü tur 5 oktyabr

“İrəvan” – “Araz Saatlı” 7:0 Qollar: Mirabdulla Abbasov, 32. Vüqar Bəybalayev, 42-pen. Arsen Ağcabəyov, 47. Famil Camalov, 64; 73; 83. Vüsal Əsgərov, 71. Bakı. “ASK Arena”, 13:00.

MOİK – “Şamaxı” 3:3 Qollar: İsa Zeynallı, 23-pen; 51-pen. Elvin Valiiev, 27 - Emin Zamanov, 40. Qurban Səfərov, 47. Elşad Tağıyev, 88. Binə qəsəbə stadionu, 15:00.

“Mingəçevir” – “İmişli” 1:1 Qollar: Elsevər Bəkirzadə, 30 - Gülağa Əsədov, 72. Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

Turun digər oyunları:

“Zaqatala” – “Karvan” 2:2 “Difai Ağsu” – “Qaradağ Lökbatan” 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər