İntizam Komitəsi 5 aylıq sıradan çıxan futbolçunu 5 oyunluq cəzalandırdı

İntizam Komitəsi 5 aylıq sıradan çıxan futbolçunu 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadəni 5 oyunluq cəzalandırıb, komandasını 3000 manat cərimə edib.

Fanat.Az xəbər verir ki, bu barədə qərar qurumun cari mövsümdəki ilk iclasında qərar qəbul olunub.

Azərbaycanlı futbolçu Misli Premyer Liqasının I turunda, "Neftçi"yə qarşı görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün diskvalifikasiya edilib.

Həmin qarşılaşmada "Neftçi" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib.

"Qarabağ" – "Şamaxı" oyununda isə qonaq komanda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat ziyana düşüb. 

Qeyd edək ki, Səbuhi Abdullazadə "Neftçi" ilə oyunun 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək yarımmüdafiəçini ciddi zədələyib. Əməliyyat olunan futbolçu 5 aylıq sıradan çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər