İngiltərə Premyer Liqasından "Qarabağ"a ŞAD XƏBƏR

İngiltərə Premyer Liqasından "Qarabağ"a ŞAD XƏBƏR
İngiltərənin "Bornmut" klubu qapıçısı Aron Ramzdeyllə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı qolkiperlə uzunmüddətli müqavilə bağlayıb. Anlaşmanın müddəti açıqlanmır. 
"Bornmut"un bu qərarından sonra "Qarabağ"ın Asmir Beqoviçlə icarə müqaviləsini mövsümün sonuna qədər uzatmaq şansı yaranıb. Ağdam klubu Avropa Liqasında qrup mərhələsini keçəcəyi təqdirdə, 32 yaşlı qolkiper üçün yenidən danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" Beqoviçlo ilin sonuna qədər icarəyə götürüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər