İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

İngiltərə klubları “Qalatasaray”ın cinah hücumçusu Barış Alper Yılmazı izləməyə başlayıblar.

Fanat.Az xəbər verir ki, informasiyanı “Transfermarkt” yayıb.

Mənbənin məlumatına görə, türkiyəli futbolçu üçün “Tottenhem” , “Fulhem” və “Everton” hərəkətə keçib.

Yüksək məbləğdə təklif olacağı təqdirdə, "sarı-qırmızılar" sözügedən futbolçunu satacaqlar.

“Everton” artıq  İstanbul nəhənginin qapısını 41 milyon avro ilə döyüb. Barışın universal futbolçu olması Liverpul təmsilçisi üçün xüsusi məqamdır.

Qeyd edək ki, sol cinah hücumçusu 2025/2026-cı illər mövsümündə 49 matça çıxıb, 12 qol və 14 məhsuldar ötürməyə imza atıb. O, İstanbul təmsilçisi ilə üst-üstə 4 dəfə çempionluq yaşayıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər