İmmobile karyerasını başa vurdu

İmmobile karyerasını başa vurdu

İtaliyalı ulduz hücumçu Çiro İmmobile butslarını divardan asmaq qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, 36 yaşlı forvard artıq qərarını açıqlayıb. 

İtaliya millisinin keçmiş oyunçusunun son klubu "Paris" olub. O, karyerası ərzində  "Yuventus", "Qrosseto", "Peskara", "Cenoa", "Torino", "Borussiya Dortmund", "Sevilya", "Latsio", "Beşiktaş" və "Bolonya" kimi klublarda da oynayıb. O, İtaliya millisi ilə Avropa çempionatının qalibi olub. Çiro dörd dəfə A Seriyasının ən məhsuldar oyunçusu olub. 

İmmobile Fransa çempionatının son mövsümündə 12 oyun keçirib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər