İlk Azərbaycan kubokunun qalibi müəyyənləşdi

İlk Azərbaycan kubokunun qalibi müəyyənləşdi

Qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun final  oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən final oyununda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər.

Son topa qədər davam edən mübarizənin yekununda BBA komandası 51:48 hesablı qələbə qazanıb. Nəticədə bu komanda qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, ölkə kubokunda dörd komanda mübarizə aparıb: BBA, “Alov”, PH və AZE U-16.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər