İkinci Liqanın püşkü atılır

İkinci Liqanın püşkü atılır

Bu gün Azərbaycanın 2-ci Liqasında növbəti mövsümün püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının binasında baş tutacaq tədbir saat 15:00-dan etibarən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2-ci Liqası 1 sentyabrda start götürəcək. Çempionatda yenə 12 komanda mübarizə aparacaq. 

Xatırladaq ki, 2025/2026 mövsümündə Azərbaycan 2-ci Liqasında çempion olan "Xankəndi" 1-ci Liqaya vəsiqə qazanıb. Mövsümü sonuncu bitirən “Araz Saatlı” və 10-cu yeri tutmasına baxmayaraq, növbəti mövsüm üçün 2-ci Liqa lisenziyası ala bilməyən “Göygöl” klubları liqanı tərk ediblər. Əvəzində, Region Liqasında yüksək yerləri tutmuş və II Liqa tələblərinə cavab verərək lisenziya əldə etmiş iki klub — Region Liqasının qalibi “Zəngəzur” və finalçısı “Marafon” 2026/27 mövsümündə yarışacaqlar. Beləliklə, liqada "Ağdaş", "Ağstafa Gəncləri", "Difai", "Dinamo", "Kür-Araz", "Qaradağ Lökbatan", "Quba", "Marafon", "Şəki Siti", "Şəmkir", "Şirvan" və "Zəngəzur" mübarizə aparacaq.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər