İkinci Liqa təmsilçisinin meneceri də sərt cəzalandı, oyunçusu da

İkinci Liqa təmsilçisinin meneceri də sərt cəzalandı, oyunçusu da

AFFA İntizam Komitəsi II Liqada XXII turun oyunlarında yaşananlarla bağlı ölçü götürüb. 

Fanat.Az-ın məlumatına görə, iki oyunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib

“Araz Saatlı” – “Göygöl” oyununda həm meydan sahiblərinin, həm də qonaqların 5 futbolçusu sarı vərəqə aldığı üçün hər ikisi 70 manat cərimə olunub.  Oyun bitdikdən sonra “Araz-Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib, Saatlı təmsilçisinə 1000 manat cərimə kəsilib.  Bundan başqa, komandanın futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. Futbolçunun intizamsızlığı "Araz Saatlı”ya daha 1000 manat bahasına başa gəlib.  “Göygöl” isə matçöncəsi iclasa nümayəndə göndərmədiyinə görə daha 150 manat cərimələnib.    “Şəmkir” – “Şirvan” oyununda isə hər iki komandada 4 futbolçu sarı vərəqə aldığı üçün standart cərimə (70 manat, cəmi 140) tətbiq olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər