"İkardinin cavabını gözləyirik" - Dursun Özbək

"İkardinin cavabını gözləyirik" -  Dursun Özbək

"Qalatasaray"ın prezidenti Dursun Özbək "1905 Mədəniyyət, İncəsənət və İdman Dərnəyi" tərəfindən təşkil olunan tədbirdə açıqlamalar verib.

Fanat.Az xəbər verir ki, Özbək komandaya qayıtmaq istədiyi barədə şayiələr dolaşan Mauro İkardi ilə bağlı sualı cavablandırıb.
O, bunları deyib: "Mauro İkardinin qalması üçün təklif irəli sürdüm. Onun gözləntiləri çox yüksək idi. Bura təkcə maddiyyat məsələsi aid deyil. İkardi bir simvoldur. O, klubumuza böyük töhfələr verib və bir nəslin "Qalatasaray" azarkeşi olmasına səbəb olub. Əsas çətinlik onun alacağı maaşla bağlı deyildi. Məsələ ondadır ki, artıq Osimhen kimi bir mərkəz hücumçumuz var. Bəs bu ikisi necə uyğunlaşacaq? Hansını oynadacaqsınız? Əsl məsələ bu idi. Söhbət oyun vaxtı zəmanəti və ya buna bənzər şeylərdən getmirdi. Biz onun xidmətlərini inkar etmirik. Bunu ona şəxsən özüm də demişəm. Hazırda İkardidən vida tədbiri ilə bağlı cavab gözləyirəm. Əgər razılaşsa, yolasalma mərasimi təşkil etməyi planlaşdırırıq".
"Cim-bom"dakı dörd mövsümü ərzində komandanın qol baxımından əsas qüvvələrindən biri olan İkardi, göstərdiyi statistik nəticələrlə adını klubun tarixinə yazdırıb. Mauro burada çıxış etdiyi 134 rəsmi matçda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Dörd dəfə Super Liqa çempionluğu, həmçinin Türkiyə Kuboku və Türkiyə Super Kubokunu qazanan təcrübəli forvard azarkeşlər arasında müzakirə mövzusu olmağa davam edir.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər