Azərbaycan II Liqasında 26-cı tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə üç matç baş tutacaq.
Bu gün keçiriləcək ikinci "altılıq" görüşlərin hamısı eyni vaxtda - 17:00-da başlayacaq.
"Araz Saatlı" "Ağstafa Gəncləri"ni, "Şəki Siti" "Göygöl"ü, "Ağdaş" isə "Kür-Araz"ı qonaq edəcək.
Azərbaycan II Liqası 26-cı tur 10 may
17:00. “Araz Saatlı” – “Ağstafa Gəncləri” Hakimlər: Xəlil Xəlilov, Ruslan Məmmədov, Sadiq Əliyev, Xalid Quliyev. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.
17:00. “Şəki Siti” – “Göygöl” Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Samir Hüseynov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: İlham Əliyev. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
17:00. “Ağdaş” – “Kür-Araz” Hakimlər: Rəsul Babayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rüfət Əhmədov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Ağdaş. Şəhər stadionu.
