I Liqa: Tura Şamaxıda yekun vurulacaq

I Liqa: Tura Şamaxıda yekun vurulacaq

Azərbaycan I Liqasında 2-ci tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə bir matç keçiriləcək.

Bağlanış matçı Şamaxıda baş tutacaq. "Şimal" ilə MOİK burada üz-üzə gələcəklər. Mövsümə məğlubiyyətlə start verən komandalar çempionatda ilk xallarını qazanmaq əzmindədirlər.

Azərbaycan I Liqası 2-ci tur 19 sentyabr 

16:00. “Şimal” – MOİK Hakimlər: Ruslan Quliyev, Vüqar Bayramov, Elmin Süleymanov, İslam Məmmədov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Turun digər görüşlərində qeydə alınan nəticələr belədir: 

Cəbrayıl - Mingəçevir 1:3 Zaqatala - Şəfa 0:4 Difai - Səbail 1:2 Şahdağ Qusar - Baku Sportinq 2:3

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər