I Liqa: "Şəfa"nın "Şahdağ Qusar" sınağı, "Baku Sportinq" "Mingəçevir"ə qarşı

I Liqa: "Şəfa"nın "Şahdağ Qusar" sınağı, "Baku Sportinq" "Mingəçevir"ə qarşı

Azərbaycan I Liqasında XVII tur start götürür. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün üç oyun keçiriləcək. 

İlk oyun günündə məhz liderlər meydana çıxacaqlar. Naməğlub "Şəfa"nı "Şahdağ Qusar"la çətin oyun gözləyir. 

Liderin ən yaxın izləyiciləri "Baku Sportinq" ilə "Mingəçevir" isə bir-biri ilə qarşılaşacaqlar. Mərkəzi oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.

İddalılardan "Zaqatala" isə autsayder "Şimal"ı sınağa çəkəcək.

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası XVII tur 5 mart 

15.00. “Baku Sportinq” – “Mingəçevir” Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Ruslan Babayev, Nazim Abdullayev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Rüfət Əmirov. Buzovna. Qəsəbə stadionu.

15.00. “Şəfa” – “Şahdağ Qusar”  Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Rəşad Quliyev, Əkbər Əhmədov.  Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Binə. Qəsəbə stadionu.

15.00. “Zaqatala” – “Şimal” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Novruz Əzimov. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

I Liqa: "Şəfa"nın "Şahdağ Qusar" sınağı, "Baku Sportinq" "Mingəçevir"ə qarşı

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər