Azərbaycan I Liqasında 23-cü turun oyunlarına hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, lider "Şəfa"nın MOİK ilə sabah baş tutacaq görüşü İslam Məmmədova tapşırılıb.
Tura hakim təyinatlarını təqdim edirik:
22 aprel (çərşənbə)
16:00. “Şəfa” – MOİK Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Səfalı Ağayev, Niyaz Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Binə qəsəbə stadionu.
16:00. “Cəbrayıl” – “Mingəçevir” Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Emin Cəfərov. Şamaxı OİK stadionu.
16:00. “Zaqatala” – “Şahdağ Qusar” Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Zaqatala OİK stadionu.
23 aprel (cümə axşamı)
16:00. “Şimal” – “Bakı Sportinq” Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Asif Əliyev. Şamaxı OİK stadionu.
16:00. “Difai” – “Səbail” Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Törə Əhmədova. Buzovna qəsəbə stadionu.